EN

Tramp: Çin sədri İrana silah göndərməyəcəyinə söz verib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Vaşinqton, 19 may, AZƏRTAC

Donald Tramp Çin sədrinin İrana silah göndərməyəcəyinə dair söz verdiyini deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərin suallarına cavab verərkən bildirib.

Çinin ABŞ-yə qarşı münaqişədə istifadə üçün İrana silah göndərməyi düşündüyü barədə məlumatları şərh edən Tramp Çin sədri Si Cinpinin ona bunun belə olmadığına zəmanət verdiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ və Çin liderləri ötən həftə Pekində iki günlük danışıqlar aparıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
2
azertag.az

3Sources