EN

Putin Çinə iki günlük səfər edib

Rusiya Prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Çinə gedib.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentliyin "Telegram" kanalındakı paylaşımda "Prezidentin tÉ™yyarÉ™si Pekin hava limanına enib", — deyÉ™ qeyd edilib.
 

Nəşr bildirib ki, səfərin əsas iş günü mayın 20-nə təyin olunub. Həmin gün Putinin və Si Cinpinin əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları baş tutacaq.


"Bundan başqa, mayın 20-si axşam saatlarında Rusiya prezidentinin ÇXR sədri ilə çay süfrəsi arxasında söhbəti planlaşdırılıb", - agentlik əlavə edib.

Bizim.Media

Chosen
33
bizim.media

1Sources