Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.
"İran təslim olmaq barədə hər hansı bir söhbəti rədd edir və hərbi təcavüzə qətiyyətlə müqavimət göstərməyə hazırdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi ABŞ prezidenti Donald Trampın diplomatiyaya şans vermək üçün İrana hücumların "müvəqqəti" dayandırılması ilə bağlı son açıqlamalarını şərh edərkən bildirib.
"Amerika BirləşmiÅŸ Åžtatları danışıqlara ÅŸans vermÉ™k üçün İrana hücumları "müvÉ™qqÉ™ti" dayandırdığını deyir, eyni zamanda istÉ™nilÉ™n an geniÅŸmiqyaslı hücuma hazır olduÄŸunu bÉ™yan edir. Bu, "tÉ™hdid"i "sülh üçün fürsÉ™t" adlandırmaq demÉ™kdir", - deyÉ™ İran rÉ™smisi qeyd edib.Â
O, İranın birləşdiyini və istənilən hərbi təcavüzü dəf etməyə tam hazır olduğunu vurğulayıb:
"İran birləşmiş və hər hansı bir hərbi təcavüzə müqavimət göstərməyə qətiyyətlə hazırdır. Bizim üçün təslim olmağın heç bir mənası yoxdur: ya qalib gəlirik, ya da şəhid oluruq".
Sonda İran diplomatı şəhid Rəcəb Beiginin sözlərini sitat gətirib: "Biz böyük bir millətik, adımızı tarixə yazın; Bütün rənglərdən qırmızı seçdik və bütün ölümlərdən şəhidliyi seçdik".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.