EN

İran-Azərbaycan sərhədində avtomobil keçidi ilə bağlı yeni qərar

İran Nazirlər Şurasının son qərarına əsasən, Ərdəbil – Biləsuvar azad zona gömrük məntəqəsi avtomobillərin rəsmiləşdirilməsinə icazə verilən gömrük keçid məntəqələri siyahısına daxil edilib.

Musavat.com xəbər verir ki, qərara əsasən, bundan sonra İran və Azərbaycan sərhədində yerləşən həmin məntəqə vasitəsilə avtomobillərin idxalı və gömrük rəsmiləşdirilməsi mümkün olacaq.

Bildirilir ki, yeni addım sərhəd ticarətinin və nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edir.

 

Musavat.com

Chosen
42
8
musavat.com

10Sources