EN

ABŞ Maduroya qarşı yeni ittihamlar hazırlayır

ABŞ prokurorluğu Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar hazırlayır. Buna səbəb mövcud cinayət işinin kifayət qədər əsaslı olmaması ilə bağlı narahatlıqlardır

Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadl məlumat yayıb.

Bildirilib ki, Mayami prokurorlarına hazırkı işin “zəif” olması fonunda Maduroya qarşı yeni cinayət araşdırmasına başlamaq tapşırılıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya qarşı bir sıra zərbələr endirərək Nikolas Maduronu və həyat yoldaşını ələ keçirib. Saxlanılan siyasətçi Nyu-Yorka aparılıb və orada ona narkoterrorizm, eləcə də digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.

Chosen
2
2
publika.az

9Sources