EN

WUF13 dünya mediasının diqqət mərkəzində

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qalır.

Publika.az xəbər verir ki, Türkiyənin "TRT Haber", "Milliyet", "Hibya", "T24", "DHA", "Günebakış" və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib.

Xəbərlərdə Prezident İlham Əliyevin "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub.

Sessiyaya ilk gündən geniş yer ayıran Pakistan mediası Pəncab əyalətinin Baş naziri Məryəm Nəvazın Bakıdakı müzakirələrdə fəal iştirakını və Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki liderliyini geniş işıqlandırıb. "DND", "Radio Pakistan", "Dawn", "AAJ TV", "The Diplomatic Insight", "Dunya News", "Pakistan Today" və digər nəşrlərdə yer alan xəbərlərdə WUF13-ün Bakıda təşkilinin Azərbaycan Prezidentinin strateji baxışının təzahürü olduğu və ölkəmizin beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qarşıladığı bildirilib.

Səudiyyə Ərəbistanının "Al Yaum", "Ajel", "Al Hadath", "Sabq", "Al Bilad", "Al Jazirah", "Al Madina", "Saudi Gazette", "Eye of Riyadh" nəşrlərində Krallığın WUF13-də 20 qurumla təmsil olunduğu qeyd edilib.

Chosen
10
2
publika.az

10Sources