EN

Antonio Konte “Napoli”dən ayrılır

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Antonio Konte mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış “Napoli” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Neapol təmsilçisi çempionluq şansını itirsə də, UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2024-cü ildən “Napoli”ni çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub və ölkə Superkubokunu qazanıb. Təcrübəli mütəxəssis karyerası ərzində bir çox uğurlara imza atıb. Antonio Konte daha əvvəl “Yuventus”la üç dəfə A Seriyasının qalibi olub.

O, həmçinin “İnter”i bir dəfə ölkə çempionluğuna daşıyıb. İtaliyalı baş məşqçi İngiltərənin “Çelsi” klubu ilə Premyer Liqa və İngiltərə Kubokunun qalibi adını qazanıb.

"Cebheinfo.az" 

Chosen
2
7
cebheinfo.az

8Sources