Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Məşhur türkiyəli müğənni və aktyor Özcan Deniz 53 yaşını qeyd edir.
“Qafqazinfo” xəbər verir ki, sənətçinin 2023-cü ildə ailə qurduğu iranlı dizayner həyat yoldaşı Samar Dadgar onun ad gününü sosial şəbəkə hesabında paylaşdığı romantik fotolarla təbrik edib.
Dadgar paylaşımında həyat yoldaşına olan sevgisini və ona qarşı olan dəstəyini ifadə edib:
“Bu ili də birlikdə geridə qoyduq... Ömrün boyu həmişə xoşbəxt, uğurlu və hüzurlu ol. Sən mənim canımın içi, ən dəyərlimsən. Sən və mən əl-ələ verəndə hər şeyin öhdəsindən gələrik. Yaxşı ki doğulmusan, eşqim, yaxşı ki mənim həyatımdasan. Sən çox yaxşı yol yoldaşı, çox gözəl həyat yoldaşısan. Yorğanımız heç vaxt ayrılmasın. Uğurların daim olsun”.
O, həmçinin təbrikində yoldaşının son dövrlər yaşadığı çətin günlərə də eyham vuraraq ona hər zaman arxa duracağını xüsusi vurğulayıb:
“Bilirəm, bütün pis günlər geridə qaldı. Mən nəfəs aldıqca kimsə sənə heç nə edə bilməz. Çünki sən mənim üçün çox dəyərlisən. Səni öpə-öpə ayağa qaldıracağam”.
Qeyd edək ki, cütlüyün bu il evliliklərinin 3 ili tamam olur. Ö. Denizin keçmiş xanımı Feyza Aktandan bir oğlu var.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.