EN

Psixoloq yaş fərqinin münasibətlərə təsirini izah etdi

Yaş fərqi olan partnyorlar həyat tempinin, gözləntilərin və cütlük daxilində psixoloji rolların fərqli olması səbəbindən münasibətlərdə müxtəlif çətinliklərlə üzləşə bilirlər. 

HİT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Twinby tanışlıq servisinin baş psixoloqu Larisa Karavaytseva məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yaş fərqi olan cütlüklərdə tərəflər həyatın fərqli mərhələlərində olur və fərqli inkişaf tapşırıqları daşıyır. Bəzi hallarda bu fərq münasibətlərin inkişafına resurs kimi xidmət edə bilər, digər hallarda isə gərginlik yarada bilər.

Psixoloq izah edib ki, belə münasibətlərdə tez-tez “bir-birini tamamlayan model” formalaşır: daha gənc partnyor təcrübə qazanır, yaşlı partnyor isə enerji və yeni maraqlar əldə edir. Lakin bəzi hallarda bu dinamika “valideyn–uşaq” modelinə çevrilə bilər və “böyük–böyük” bərabərliyini pozaraq asılılığa səbəb ola bilər.

“Məsələ rəqəmlərdə deyil, bu fərqlərin münasibət daxilində necə yaşanmasındadır”, deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, uğurlu münasibət üçün tərəflərin inkişaf istiqamətləri bir-birinə zidd olmamalıdır. Hər iki tərəf daxili dayaqa malik olduqda və gələcək barədə razılaşmağa hazır olduqda münasibət daha harmonik olur.

Samir
 

Chosen
17
hit.az

1Sources