EN

Tramp öz ətrafıının hüquqi müdafiəsi üçün 1,8 milyard dollarlıq fond yaradıb

Demokratlar sxemi "Amerika tarixində misli görünməmiş korrupsiya" adlandıraraq istintaq açacaqlarını vəd ediblər...

Poliqon xəbər verir ki, prezident Donald Trampın MAGA hərəkatının siyasi təqibə məruz qaldığını iddia edən müttəfiqləri üçün 1,8 milyard dollarlıq fond yaratması demokratlar arasında kəskin reaksiyaya səbəb olub. Axios portalının məlumatına görə, bazar ertəsi günü demokratlar baş verənləri "korrupsiyanın dərslik nümunəsi" adlandıraraq istintaq açacaqlarını bəyan ediblər.

Hər keçən ay Tramp öz ailəsinin, müttəfiqlərinin və siyasi hərəkatının maliyyə maraqlarını Amerika prezidentliyinin mahiyyətinə daha sıx hörüb-toxuyur. "Hakimiyyətin silah kimi istifadəsinə qarşı" adlandırılan fond qeyri-adi hüquqi münaqişə fonunda meydana çıxıb. Yanvarda Tramp eyni zamanda müvafiq qurumları və digər tərəfi təmsil edən hüquqşünasları idarə edə-edə Vergi İdarəsinə qarşı 10 milyard dollarlıq iddia qaldırıb.

Vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdiriləcək fond Trampın keçmiş şəxsi vəkili olan müvəqqəti baş prokuror Todd Blanş tərəfindən təyin edilmiş beş nəfərlik komissiya tərəfindən idarə olunacaq.

"Dövlət aparatı heç vaxt hər hansı bir amerikalıya qarşı silah kimi istifadə edilməməlidir", deyə Blanş fondu "əvvəllər törədilmiş ədalətsizlikləri düzəltmək" cəhdi kimi təqdim edib.

93 demokrat nümayəndə məhkəmə sənədində bu sxemin "Amerika tarixində misli görünməmiş korrupsiya kölgəsi yaratdığını" bəyan edib. Onlardan bəziləri demokratlar noyabrda Nümayəndələr Palatasında seçkiləri qazanarsa, Trampın impiçmentinə nail olmaq üçün mübarizə aparacaqlarını açıqca ifadə ediblər.

Poliqon.info

Chosen
50
poliqon.info

1Sources