Mayın 20-dən etibarən Böyük Britaniya Rusiyadan uran idxalına qadağa qoyub.
Azreform.info xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
Böyük Britaniyanın sanksiyaları Rusiyadan birbaşa və ya dolayı yolla uranın idxalını, əldə edilməsini və tədarükünü, eləcə də əlaqəli texniki, maliyyə və broker xidmətlərinin göstərilməsini qadağan edir.
 Bəyanatda deyilir ki, qadağa hətta uran Rusiyadan kənarda olsa belə tətbiq oluna bilər.
Lakin, Böyük Britaniyanın sanksiyaları bir sıra istisnalar nəzərdə tutur. Xüsusilə, 20 may 2026-cı il tarixindən əvvəl fəaliyyətə başlayan nüvə obyektinin davamlı fəaliyyəti üçün zəruri olduqda icazə verilir. Məhdudiyyətlər həmçinin 20 may 2026-cı il tarixindən əvvəl Rusiyadan əldə edilən və ixrac edilən urana da şamil edilmir.
Elvin
Azreform.info