EN

"The Guardian": Putinin Çinə səfəri ABŞ-yə mesaj kimi qiymətləndirilib

BAKI, 20 may. TELEQRAF

Böyük Britaniyanın "The Guardian" nəşri Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın səfərindən qısa müddət sonra Çinə rəsmi səfərini Vaşinqtona verilən siyasi siqnal kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, nəşr yazır ki, Putinin Çinə səfəri Moskva ilə Pekin arasında münasibətlərin möhkəmliyini nümayiş etdirir.

Məqalədə qeyd olunur ki, Rusiya Prezidenti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin indiyədək 40-dan çox dəfə görüşüblər. “The Guardian” vurğulayır ki, bu göstərici Si Cinpinin Qərb liderləri ilə keçirdiyi görüşlərin sayından xeyli çoxdur.

Beynəlxalq Böhran Qrupunun Şimal-Şərqi Asiya üzrə baş analitiki Uilyam Yanq bildirib ki, Pekin bununla Trampa Çinin “digər möhkəm və etibarlı əlaqələrinin də mövcud olduğunu” xatırladır.

Məlumata görə, Putin Pekinə rəsmi səfər çərçivəsində gəlib və onu fəxri qarovul dəstəsi qarşılayıb. Çin paytaxtının hava limanında Rusiya liderini Rusiya və Çin bayraqları tutan uşaqlar qarşılayıblar. Van İ isə Putini şəxsən salamlayıb.

Chosen
115
teleqraf.com

1Sources