EN

Hansı burc hansı peşədə uğurlu olur?

Uşaqlıqdan bəri aldığımız hər bir qərar, atdığımız hər bir addım bizi müəyyən bir peşəyə yönəldir. Pravda.az bildirir ki, seçimlərimizdə yaxın ətrafımız, ailəmiz, təhsilimiz və mövcud şəraitimiz mühüm rol oynayır. Lakin bütün bu amillərlə yanaşı, fərqinə varmadan addımlarımıza istiqamət verən gizli bir qüvvə də var: bürcümüz.

 

Qoç bürcü

Mars planetinin təsiri altında olan Qoç bürcləri kəsmək, biçmək və iti alətlərlə işləmək tələb olunan sahələrdə olduqca uğurludurlar. Mübarizə və rəqabət dolu işlər bu bürcün insanlarının daxili ruhuna tam cavab verir.

 

Uyğun peşələr: cərrahlıq, həkimlik, polis, hərbçi, metal emalı, idman, avtomobil yarışları, pilotluq, qəssablıq, siyasət, marketinq, mühəndislik, şou-biznes.

 

Buğa bürcü

Veneranın idarə etdiyi Buğa bürcü gözəllik və harmoniya ilə bağlı olan, eyni zamanda həddindən artıq fiziki enerji tələb etməyən işlərdə bənzərsizdir.

 

Uyğun peşələr: kənd təsərrüfatı, daşınmaz əmlak, memarlıq, restoran və otel biznesi, zərgərlik, kosmetologiya, əl işləri, sənət əsərlərinin satışı, bank işi, rəssamlıq, musiqi, interyer dizaynı və landşaft memarlığı.

 

Əkizlər bürcü

Merkuri planetinin idarəçiliyində olan Əkizlər bürcü üçün zəka, araşdırma, əl qabiliyyəti və ünsiyyətə əsaslanan işlər ən ideal seçimdir.

 

Uyğun peşələr: ticarət, hüquq, jurnalistika, müəllimlik, ədəbiyyat, marketinq, reklam, elm, rəngkarlıq, ictimaiyyətlə əlaqələr (PR), təqdimat işləri, psixologiya, siyasət, məsləhətçilik (konsaltinq), mühasibatlıq, kitabxanaçılıq.

 

Xərçəng bürcü

Ayın idarə etdiyi Xərçəng bürclərinə qayğıkeşlik, humanistlik tələb edən və insan ruhuna toxunan hər növ fəaliyyət sahəsi uyğundur.

 

Uyğun peşələr: psixologiya, tibb bacısı, bağça müəllimliyi, musiqiçi, maliyyə, səhiyyə və sosial yardım, bağbanlıq, bələdiyyə işləri, gəmiçilik.

 

Şir bürcü

Günəşin təsiri altında olan Şir bürcləri idarəetmə, liderlik və rəhbərliyə əsaslanan bütün işlər üçün doğulublar.

 

Uyğun peşələr: rəhbərlik (menecerlik), təşkilatçılıq, siyasət, həkimlik, zabitlik, aktyorluq, zərgərlik, interyer dizaynı, təhsil, kosmetika sektoru, sənət tənqidçiliyi.

 

Qız bürcü

Merkurinin idarə etdiyi Qız bürcləri praktiklik, diqqət, dəqiqlik və dərin araşdırma tələb edən bütün sahələr üçün mükəmməl namizəddirlər.

 

Uyğun peşələr: tənqidçilik, iqtisadiyyat, İT və proqramlaşdırma, təmir işləri, masaj terapevti, müəllimlik, natiqlik, jurnalistika, riyaziyyat, filologiya, arxivşünasluq, kitabxanaçılıq, hüquq, marketinq, mühəndislik.

 

Tərəzi bürcü

Veneranın idarə etdiyi Tərəzi bürcləri diplomatiya, kompromis tapmaq və idarəetməyə əsaslanan sahələrdə özlərini çox rahat hiss edirlər.

 

Uyğun peşələr: interyer dizaynı, diplomat, siyasət, ictimaiyyətlə əlaqələr, hüquq məsləhətçiliyi, kosmetoloq, sənətşünaslıq, musiqi, marketinq, fotoqrafiya, əyləncə sektoru, rəqqaslıq, məsləhətçilik.

 

Əqrəb bürcü

Mars və Plutonun idarə etdiyi Əqrəb bürcləri gizli qalan məqamları üzə çıxarmaq, təhqiqat, araşdırma və dərin analiz tələb edən peşələrdə uğur qazanırlar.

 

Uyğun peşələr: müfəttişlik, detektivlik, kəşfiyyat (casusluq), terapevt, cərrahlıq, avtoidman, hərbçi, pilotluq, mühəndislik, hüquq, psixologiya, siyasət, vizual sənətlər, heykəltaraşlıq, mağara araşdırmaçılığı (speleologiya).

 

Oxatan bürcü

Yupiterin idarəçiliyində olan Oxatan bürcləri səyahət etmək, yeni yerlər kəşf etmək, həmçinin fəlsəfə, din və dərin düşüncə ilə bağlı işlərin ustasıdırlar.

 

Uyğun peşələr: tərcüməçilik, ixracat mütəxəssisi, bələdçilik (turizm), ilahiyyat, fəlsəfə, mənəvi məsləhətçilik, hüquq, təhsil, tibb, alternativ təbabət, kommunikasiya, jurnalistika, media, məsləhətçilik.

 

Oğlaq bürcü

Saturn planetinin idarə etdiyi Oğlaq bürcləri nizam-intizam, dözümlülük, strateji düşüncə və nəzarət tələb edən işlərdə çox uğurludurlar. Onlar zamanı və resursları mükəmməl idarə edirlər.

 

Uyğun peşələr: siyasət, maliyyə, bank işi, sığortaçılıq, daş emalı, daşınmaz əmlak, inşaat sektoru, hakimlik, memarlıq, mühəndislik, pedaqogika, kolleksiyaçılıq, heykəltaraşlıq.

 

Dolça bürcü

Uranın idarə etdiyi Dolça bürclərinin fərqli, qeyri-adi, yenilikçi və cəmiyyətə xeyir verən sosial yönümlü işlərdən xoşları gəlir.

 

Uyğun peşələr: yüksək texnologiyalar, elm, alternativ təbabət, astrologiya, fəlsəfə, hakimlik, memarlıq, inşaat, elektronika, kompüter mühəndisliyi, riyaziyyat, psixologiya, karikaturaçılıq.

 

Balıqlar bürcü

Neptunun idarəçiliyi altında olan Balıqlar bürcü güclü intuisiyaya malik olduqları üçün insanlara kömək etməyə və yaradıcılığa yönəlmiş peşələrə daha uyğundurlar.

 

Uyğun peşələr: psixologiya, mənəvi məsləhətçilik, balıqçılıq, dalğıclıq, din xadimi, həkimlik, interyer dizaynı, dekorasiya, təqdimat işləri, reklam, teatr, kino, musiqi, poeziya, idman.

 

Əminə Bayramova

Tarix: 20 May 2026, 04:43   
Chosen
93
pravda.az

1Sources