EN

Mourinyonun "Real"dan tələbləri bəlli oldu

Joze Mourinyonun mümkün “Real Madrid” dönüşü ilə bağlı yeni detallar ortaya çıxıb. Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis klub rəhbərliyi ilə danışıqlarda bir sıra ciddi tələblər irəli sürüb. İspaniya mediasının yaydığı məlumata əsasən, “kral klubu” Mourinyonun şərtlərini qəbul edib. Təcrübəli çalışdırıcının komandada tam sərbəst işləmək istədiyi bildirilir. Məlumata görə, Mourinyo texniki və taktiki qərarlara heç kimin müdaxilə etməməsini tələb edib. Həmçinin onun qəbul etdiyi qərarların klub daxilində müzakirəyə çıxarılmaması və sorğulanmaması şərtlər arasında yer alıb. İddialarda qeyd olunur ki, portuqaliyalı məşqçi fəaliyyətinə görə yalnız klub prezidenti Florentino Peres qarşısında cavabdeh olacaq.

Bundan başqa, transfer siyasəti və heyətin qurulması məsələlərində söz sahibi tam şəkildə Mourinyoya məxsus olacaq.

Chosen
47
38
metbuat.az

10Sources