EN

İrana qarşı hərbi əməliyyatın variantları Trampa təqdim edildi

ABŞ prezidenti Donald Tramp 18 may axşamı milli təhlükəsizlik qrupunun iclasını çağırıb və orada ona İrana qarşı hərbi güc tətbiq etməyin variantları təqdim edilib.

Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, görüş əvvəlcə 19 maya planlaşdırılıb və bəzi administrasiya üzvləri Trampın İrana qarşı əməliyyat barədə qərar qəbul edəcəyini düşünüb.

Lakin görüş ABŞ liderinin İrana hücumu təxirə saldığını elan etməsindən bir neçə saat sonra keçirilib. Görüşdə vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər.

Chosen
3
4
aznews.az

5Sources