EN

ABŞ-a sərt xəbərdarlıq

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın ölkəsinə hərbi müdaxilə ehtimalını sərt tənqid edib.

Publika.az xəbər verir ki, o, “X” sosial şəbəkəsindəki paylaşımında bu cür ssenarinin “nəticələri proqnozlaşdırılması mümkün olmayan qanlı qırğınla” nəticələnəcəyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, belə bir hərbi əməliyyat dünya və regiondakı sabitliyə dağıdıcı təsir göstərəcək. O, Kubanın heç bir ölkəyə, o cümlədən ABŞ-a qarşı təhdid yaratmadığını və aqressiv planlarının olmadığını bəyan edib.

Qeyd edək ki, daha əvvəl “Politico” qəzeti ABŞ administrasiyasının Kubaya qarşı sərt iqtisadi sanksiyaların və yanacaq blokadasının gözlənilən nəticəni verməməsindən sonra hərbi müdaxilə ssenarilərini nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Chosen
12
12
publika.az

10Sources