Çin Xalq Respublikasının Sədri Si Cinpin rusiyalı həmkarı Vladimir Putini qəbul edərək Rusiya və Çin arasındakı münasibətlərin möhkəmliyini bir daha təsdiqləyən zirvə görüşü keçirib.
Redaktor.az LeFigaro.fr-ə istinadən xəbər verir ki, sammit ABŞ prezidenti Donald Trampın Pekində gərginliyin azaldılması təşəbbüsünü irəli sürməsindən bir həftədən az vaxt sonra baş tutub.
Media orqanlarının yaydığı görüntülərdə Si Cinpinin Vladimir Putini Pekinin mərkəzində yerləşən "Böyük Xalq Yığıncaqları Zalı"nda rəsmi mərasimlə qarşıladığı görünür.
Liderlərin görüşü Donald Trampın son səfərinin fonunda iki ölkə arasında strateji yaxınlığın davam etdiyini göstərir.