EN

WUF13-ün dördüncü gününə start verilir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dördüncü gününə start verilir.


Manset.az xəbər verir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılacaq, problemlərlə bağlı həll yolları təklif ediləcək.

Gün ərzində ümumilikdə 150-dək tədbirin keçirilməsi nəzərdə tutulur.

Sessiyalarda şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.


Chosen
23
manset.az

1Sources