İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov BMT-nin Dünya Şəhərsalma Forumu - World Urban Forum 13 çərçivəsində keçirilən tədbirdə iştirak edərək çıxış edib.
Çıxış zamanı dayanıqlı şəhər inkişafı, yerli idarəetmənin gücləndirilməsi, sosial inklüzivlik və icmaların inkişafı istiqamətində görülən işlərdən bəhs olunub. Eyni zamanda, müasir urbanizasiya çağırışları və şəhərlərin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
WUF13 çərçivəsində keçirilən müzakirələr beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31