EN

BMT rəsmisi: Gecəqondu problemi getdikcə genişlənir

BAKI, 20 may. TELEQRAF

Açıq deməliyik ki, qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələdə uğursuz olmuşuq. Bu problemin qarşısını ala bilməmişik və o, getdikcə genişlənir.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən “The Climate-Housing Nexus“ mövzusunda tədbirdəki çıxışında bildirib.

O qeyd edib ki, bu, təcili həll olunmalı məsələdir və iqlim müzakirələrinin ayrılmaz hissəsinə çevrilməlidir:

“Keçən il Belendə ilk dəfə olaraq mənzil və qeyri-rəsmi yaşayış məntəqələri COP çərçivəsində müzakirəyə çıxarıldı. Bu, COP tarixində bir ilk idi. Ümid edirəm ki, bu proses davam edəcək və inanıram ki, Antalyada da bu mümkün olacaq. Bu təşəbbüs Hatayda keçirilən tədbirdən sonra ortaya çıxdı və COP31-in prezidenti urbanizasiya və xüsusilə mənzil məsələsini dayanıqlılığın əsas elementi kimi gündəliyə gətirmək öhdəliyi götürdü”.

Chosen
3
teleqraf.com

1Sources