EN

Vens: Bu, əbədi davam edəcək müharibə deyil

ABŞ-ın vitse-prezidenti JD Vens İranla bağlı danışıqların nəticəsinin ya razılaşma, ya da yeni hücumlar olacağını bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, ABŞ-ın məqsədi uzunmüddətli müharibə deyil.

Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Vance deyib ki, Prezident Donald Tramp İrana qarşı əməliyyatların məhdud müddətdə dayandırılmasını planlaşdırır. Onun sözlərinə görə, təxminən altı həftə davam edən hücumlardan sonra son beş həftədə atəşkəs qüvvədədir.

JD Vance vurğulayıb ki, İranla danışıqlar davam edir və bu prosesdə Körfəz ölkələri də mühüm rol oynayır. O bildirib ki, Vaşinqton ya Tehranın nüvə silahına sahib olmayacağına dair razılaşma əldə edəcək, ya da hücumlar yenidən başlayacaq.

Hakimiyyətə “sonsuz müharibələrə son qoymaq” vədi ilə gəldiklərini xatırladan Vance, İranla mümkün qarşıdurmanın uzun sürməyəcəyini deyib: “Bu, əbədi davam edəcək bir müharibə deyil. Biz öz missiyamızı yerinə yetirib evə qayıdacağıq. Prezidentin vədi də məhz bu idi”.

Aytən Yaşar/ Turkustan.az

Chosen
49
turkustan.az

1Sources