EN

Barselona Arsenal ın transfer hədəfinə gözünü dikdi

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Barselona" yeni transfer çalışmaları üçün qollarını çırmayıb. 

Fanat.Az xəbər verir ki, "Bayer Leverkuzen"in hücumçusu Kristian Kofane Kataloniya klubunun radarına düşüb. 

"Africafoot"-un məlumatına görə, yeni hücumçu axtaran "Blaugrana" 19 yaşlı futbolçuya ciddi maraq göstərir. London "Arsenal"ı da kamerunlu oyunçu üçün əsas namizədlərdən hesab olunur. Bundan başqa, "Çelsi", "Brentford", "Nyukasl" və "Bayern Münhen" də ulduz oyunçunu izləyir. 

"Transfermarkt" Kofanenin dəyərini 40 milyon avro olaraq qiymətləndirir. 

İstedadlı oyunçu bu mövsüm "əczaçılar"ın heyətində bütün yarışlarda 44 oyuna çıxaraq 7 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
fanat.az

2Sources