EN

Trampın xüsusi elçisindən sensasion Rusiya qərarı: Böyük sövdələşmə başlayır?

ABŞ-ın yeni rəhbərliyinin Ukrayna böhranının həlli və qlobal təhlükəsizlik məsələləri ilə bağlı gizli diplomatiya hərəkətliliyi pik həddə çatıb. Ağ Evin xüsusi nümayəndəsinin Moskvaya gözlənilən kritik səfəri beynəlxalq mətbuatın əsas gündəminə çevrilib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff yaxın vaxtlarda Rusiyaya səfər edəcək. Bu barədə məlumatı Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev rəsmən təsdiqləyib. Rusiya tərəfi amerikalı emissarla keçiriləcək görüşlərin qlobal gərginliyin azaldılması fonunda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu "The New York Times" qəzeti hələ bir müddət əvvəl Stiv Uitkoff və Donald Trampın kürəkəni Kared Kuşnerdən ibarət xüsusi danışıqlar qrupunun Moskvaya səfər etmək niyyətində olduğunu yazmışdı. Mənbələr bu kritik səfərin baş tutması üçün tərəflər arasında aparılan pərdəarxası məsləhətləşmələrdə ciddi irəliləyişin əldə olunmasını əsas şərt kimi irəli sürmüşdülər. Dmitriyevin son bəyanatı isə Vaşinqton və Moskva arasında prinsiplərin razılaşdırıldığını və danışıqlarda mühüm irəliləyişin olduğunu nümayiş etdirir.

Eyni zamanda, Ukrayna paytaxtı Kiyevdən də mövzu ilə bağlı diqqətçəkən reaksiyalar gəlib. Ukrayna rəsmiləri Ağ Evin xüsusi elçisi Uitkoffu Kiyevdə də gözlədiklərini və onlara təqdim olunacaq yeni sülh planını müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Trampın emissarının bu gedişi regionda bütün tarazlıqları dəyişə biləcək bir addım kimi qiymətləndirilir./Musavat.com

Chosen
6
2
turkustan.az

3Sources