EN

Pakistan nümayəndəsi: WUF13-də öyrəndiklərimi ölkəmdə tətbiq etməyi planlaşdırıram

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mənə çox dəyərli biliklər qazandırdı. Burada öyrəndiklərimi ölkəmdə, xüsusilə, çay kənarında yerləşən və plansız şəkildə salınmış yaşayış ərazilərində tətbiq etməyi planlaşdırıram.

Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Pakistanın "Share Welfare Society" təşkilatının nümayəndəsi Qrefen Kristofer deyib.

O bildirib ki, WUF13-də öyrəndikləri gələcəkdə daha yaxşı və dayanıqlı həllər tətbiq etməsi üçün çox faydalı olacaq.

Qrefen Kristofer, eyni zamanda, vurğulayıb ki, WUF13 yüksək səviyyədə təşkil edilib:”Sessiyada ilk dəfə iştirak edənlər üçün çox rahat və faydalı mühit yaradılıb. Buna görə Azərbaycana təşəkkür edirəm. Burada olmaq çox xoşdur".

 

Chosen
13
2
azertag.az

3Sources