EN

Ərdoğan: Türkiyə-Aİ münasibətlərinin strateji əhəmiyyəti artır

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilir.

Xəbəri “Anadolu” yayıb. 

Söhbət zamanı Türkiyə ilə Aİ arasındakı münasibətlər, regional və beynəlxalq tədbirlər müzakirə olunub. Prezident Ərdoğan Türkiyənin atəşkəsi dəstəklədiyini və bölgədə sülhün təmin edilməsini, eləcə də Hörmüz boğazının tezliklə açılmasını istədiyini vurğulayıb.

Danışıqların əsas mövzularından biri Türkiyə ilə Aİ-nin iqtisadi inteqrasiyasının gücləndirilməsi və ikitərəfli gündəmdəki məsələlərin həlli olub.

Prezident Ərdoğan bölgədəki gərginliyin Türkiyə ilə Aİ arasındakı münasibətlərin strateji əhəmiyyətini bir daha göstərdiyini bildirib. Dövlət başçısı Ankaranın Avropa təhlükəsizlik strategiyası təşəbbüslərində iştirakının məqsədəuyğunluğunu, Türkiyə-Aİ Gömrük İttifaqının yenilənməsinin zəruriliyini və Ankara ilə Brüssel arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin əsas əhəmiyyətini qeyd edib.

P.ƏMİRCANOV
XQ

Chosen
24
xalqqazeti.az

1Sources