EN

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı maarifləndirici əyani vəsait hazırlanıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.21-ci yarımbəndinin icrası ilə əlaqədar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində normativ hüquqi aktların müddəalarının və tələblərinin əhaliyə izah edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici və məlumatlandırıcı əyani vəsait hazırlanıb.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, əyani vəsaitdə normativ-hüquqi aktların müddəalarının və tələblərinin izah edilməsi məqsədilə əsas hüquqi məlumatlar - az, xeyli və külli miqdarda saxlama, hazırlama, daşıma, satış, prekursorların qanunsuz dövriyyəsi, narkotik bitkilərin kultivasiyası, istifadəyə təhrik, habelə yetkinlik yaşına çatmayanlara satış, internet vasitəsilə yayılma və digər əməllərə görə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş cəzalar konkret maddələr üzrə əks olunub.

Hazırlanan əyani vəsaitlərin İşçi Qrupu tərəfindən təşkil edilən maarifləndirmə tədbirlərində, rayon və şəhərlərdə keçirilən aksiya və təlimlərdə, eləcə də digər kompleks tədbirlər çərçivəsində paylanılması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
azertag.az

1Sources