EN

Çin lideri Trampa tarixi bir töhmət verdi

Çin prezidenti Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putin üçün dəbdəbəli rəsmi mərasim keçirib və görüş zamanı ABŞ-a ünvanlanan diqqətçəkən mesajlar verib.

Turkustan.az xəbər verir ki, Si Cinpin Rusiya ilə münasibətləri "xaos mühitində sakitləşdirici qüvvə" adlandırıb.

Xalq Yığıncaqlarının Böyük Zalında keçirilən görüş zamanı Si dolayı yolla ABŞ-ı hədəfə alaraq beynəlxalq sistemdə "birtərəfli hegemonluq meyllərinin nəzarətdən çıxdığını" söylədi. Çin lideri Rusiya ilə "hərtərəfli strateji koordinasiyanın" gücləndirilməsinin vacibliyini vurğuladı.

Si Ceninin Putini qırmızı xalçada qarşılaması diqqəti cəlb etdi və səfərin ABŞ prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonra baş tutması beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu.

Pekindəki mərasimdə iki lider hərbi orkestrin müşayiəti ilə salam verib, meydanda Çin və Rusiya bayraqları dalğalanıb. Uşaqların liderləri gül-çiçək və bayraqlarla qarşıladığı anlar da kameralara düşüb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
16
1
turkustan.az

2Sources