EN

Narkotiklə həbs olunan şəxslərin işlərinə yenidən baxılmalıdır Çingiz Qənizadə

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa Şurasının 2025-ci il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.

Maraqlı bir nüans budur ki, Avropa Şurasına üzv ölkələrdə məhbus sıxlığına görə, Azərbaycan da ön sıralarda yer alır.

Ancaq digər bir məsələ bundan ibarətdir ki, Azərbaycanda Amnistiya aktları da imzalanır, minlərlə insan azadlığa buraxılır, fəqət yenə də məhbus sayı çoxalmaqda davam edir.

Görəsən, başqa nələr etmək lazımdır belə olduğu halda?

Həbsxanaya göndərilmədən başqa alternativ cəzalar problemin həlli ola bilərmi?

Bu barədə Gununsesi.info-ya hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə danışıb.

O bildirib ki, həqiqətəndə bu gün həbsxanalarda sıxlıq müşahidə olunur:

“Bu problemlərin yaranmasının müəyyən səbəbləri vardır. 19 dekabrda imzalanan amnistiya aktı nəticəsində dəqiq rəqəmlər göstərir ki, azadlıq 20 minin üzərində şəxsə şamil olunub. Onlardan 5 mindən artığı həbsxanadan azad olunub evə buraxılanlardır. 10 min nəfərdən bir az artığı isə şərti cəza alanlar idi. Bir sözlə, qeyd edilən sıxlıq var. Bunun səbəblərə həm də təbii ki, ölkədə müəyyən iqtisadi problemlər, işsizlik və s. olduqda, yaxud eyni zamanda son illərə qədər müharibə şəraitində olduğumuzu nəzərə alsaq, bir milyondan artıq soydaşımızın ölkənin müəyyən yerlərə səpələnməsi, bəzən iş tapmadıqları üçün qanunsuz yollara əl atmasını da aid etmək olar. Bundan başqa, ölkədə narkomaniyanın artımının müşahidə olunması da bura daxildir. Həbsxana müəssisələrində monitorinq zamanı müşahidə edirik ki, hər on nəfərdən təxminən dördü-beşi narkotik istifadə edən şəxslərdir. Təbii ki, satanlar, daşıyanlar və s. var. Məhz narkotiklə bağlı cinayətlərin artması, dələduzluq cinayətlərinin artması həbsxanalardakı sıxlığa təsiri böyükdür”,- deyə o qeyd edib.

Çingiz Qənizadə eyni zamanda deyib:

“Hüquqşünas olaraq qeyd edim ki, bu sahədə mübarizənin kifayət qədər güclü olmaması da dələduzluğun çiçəklənməsinə imkan verən amillərdəndir. Mənimsəmə, quldurduq kimi cinayətlər də buraya daxildir. Hər nə qədər hüquq-mühafizə orqanları kifayət qədər professionalcasına cinayətkarlığa qarşı mübarizə aparsalar da, cəmiyyətin üzvü olan vətəndaşlar tərəfindən cinayətə meyllilik sayının artması müşahidə olunur. Əgər cəzaçəkmə müəssisəsinin birində limit 1100 nəfər üçün nəzərdə tutulubsa, o müəssisədə 200 nəfər artıq məhkum yerləşdirilirsə, bu artıq problemdir. Çünki orada həm nəzarət problemi problem olur, həm də yataq və digər xidmətlərdə problem yaranır. Dövlət bu problemlərin aradan qaldırılmasına səy göstərir. Çalışır ki, tez-tez yerdəyişmələrlə harada sıxlıq yoxdursa, həll etsin. Ancaq bu dövlətin yox, cəmiyyətin problemidir. Hər gün Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti tərəfindən narkotik daşıyanların tutulması zamanı müşahidə olunur ki, bu, yüzlərlə yox, minlərlə insanın istifadə etməsi deməkdir. Hər tutulma zamanı on, iyirmi və daha artıq kilolarda tutulma olur. Təbii ki, mən deməklə də düzələn deyil. Ancaq bir hüquqşünas kimi onu deyə bilərəm ki, məsələn, bu gün cəzaçəkmə müəssisələrində narkotiklə tutulan bəzi şəxslərin, daha dəqiq, üzərində qanun icazə verdiyi miqdardan artıq narkotiklə tutulanların məsələsinə yenidən baxılmalıdır”.

Çingiz Qənizadə gesab edib ki, narkotikdən istifadə edən şəxslərin həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilməsi praktikası dayandırılmalıdır:

“Mənim şəxsi düşüncəm belədir ki, hesab edirəm, narkotikdən istifadə edən şəxslərin həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilməsi praktikası dayandırılmalıdır. Dövlətin onların hər biri üçün hər gün 24 manat pul xərcləyir. İllərlə onların saxlanılması üçün on minlərlə xərc çəkilir. Həmişə demişəm ki, 234-cü maddəyə yenidən baxılmalıdır və onların dairəsi həbs edilənlərin dairəsindən çıxardılmalıdır. Narkotikin miqdarı məsələsinə də baxılmalıdır. O qədər az miqdarda üzərində narkotik tutulanlar var ki, bəzən bir qramdam belə az olur. Onlar məsuliyyətə cəlb olunub həbsxanaya göndərilirsə, bu, dövlətə əlavə yükdür, sıxlıqdır. Narkotik daşıyanların, satanların mübarizəsi ilə başqa cür məşğul olaq. Tapaq onları, ifşa edək, ölkəyə narkotik gətirilməsinin qarşısını alaq. Onu qəbul edən şəxslər xəstədir. İçki düşkünü kimi. Onların həbsxanaya göndərilməsinin tərəfdarı olmamışam”.

Hüquqşünas son olaraq hesab edir ki, problemi bu cür həll etmək olar:

“Bir sözlə, ölkənin tanınmış hüquqşünasları, hüquq-mühafizə orqanlarında uzun illər çalışan şəxslər bir araya gəlib bu məsələyə kompleks şəkildə yanaşmalıdır. Müəyyən edilməlidir ki, dövlətin yükünü hansı istiqamətdə azaltmaq olar? Hansı şəxsləri cəzaçəkmə müəssinə göndərməyin adı yoxdurb Ümumilikdə biz nə etməliyik ki, həbsxanadakı şəxslərin azaldılması ilə bağlı normal bir nəticəyə gələ bilək?. Doğrudur, Ədliyyə Nazirliyi tərəfindən son illər müəyyən yerlərdə Penitensiar komplekslər tikilib. Burada sıxlıq müşahidə edilmir. Geniş əraziləri əhatə edir. Geniş komplekslərdir. Müxtəlif kateqoriyalı rejimlərin eyni kompleksdə, ayrı-ayrı korpuslarda yerləşdirilməsi təcrübəsi onu göstərir ki, sıxlıq müşahidə edilməyəcək. Ancaq Sovet dövründə tikilən cəzaçəkmə müəssisələri həm artıq köhnəlmiş müəssisələrdir, həm də o dövrdə nəzərdə tutulan qaydalar indi bugünkü qaydalara uyğun gəlmədikdə, cəmiyyətdə də cinayətkarlığa da meyl artıqda artımlar müşahidə ediləcək. Elə hesab edirəm ki, dövlətin düşünən beyinləri toplaşmalı, müəyyən məsələlər müzakirə olunmalı və dövləti bu yükdən xilas etməlidir”.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
icma.az

1Sources