EN

“Rusiya Ukrayna dronlarını qəsdən Baltikyanı ölkələrə yönəldir” - Litva XİN rəhbəri

“Rusiya bilərəkdən Ukrayna dronlarını Baltikyanı ölkələrə yönəldir, eyni zamanda onlara qarşı qarayaxma kampaniyası aparır”.

Missiya.Az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris özünün sosial media heabında məlumat yayıb.

"Rusiya Ukrayna dronlarını qəsdən Baltik hava məkanına yönləndirir, eyni zamanda Litva, Latviya və Estoniyaya qarşı qarayaxma kampaniyaları aparır", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, bu, açıq-aşkar çarəsizlik aktıdır. Məqsəd xaos yaratmaq və diqqəti sadə reallıqdan yayındırmaq cəhdidir.

Daşqın HəsənovMissiya.Az

Chosen
24
missiya.az

1Sources