EN

ABŞ-da çimərlik savaş meydanına çevrildi – ANBAAN VİDEO

ABŞ-ın Rod-Aylend ştatındakı Narraqanset çimərliyində yüzlərlə gəncin iştirak etdiyi kütləvi dava çaxnaşmaya səbəb olub.

Bizim.Media xəbər verir ki, gənclər arasında başlayan qarşıdurma qısa müddətdə nəzarətdən çıxıb.
 

Polis insident nəticəsində 3 yeniyetmənin bıçaqlandığını açıqlayıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi, həyatlarının təhlükədə olmadığı bildirilib.


Sosial şəbəkələrdə yayılan görüntülərdə çoxsaylı gənclərin bir-birinə hücum etdiyi, yumruq davasının yaşandığı və çimərlikdə panikanın yarandığı əks olunub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


Bizim.Media

Chosen
7
1
bizim.media

2Sources