EN

Azərbaycanda magistral qaz kəmərləri ilə 14,3 mlrd. kubmetr qaz nəql edilib

Bu ilin yanvar-aprel aylarında magistral qaz kəmərləri ilə 14 milyard 287,2 milyon kubmetr qaz nəql edilib.  

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.

Hesabat dövründə qazın nəqlinin 52,8%-i və ya 7 milyard 539,3 milyon kubmetri Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Poliqon.info

Chosen
3
3
poliqon.info

4Sources