EN

TƏCİLİ: Quru sərhədləri bu üsulla AÇILA BİLƏR

Azərbaycanla Gürcüstan arasında qatar reyslərinin yenidən fəaliyyətə başlaması quru sərhədlərinin açılması ilə bağlı gözləntiləri artırıb. Uzun müddətdir tətbiq olunan məhdudiyyətlərin fonunda nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpası həm iqtisadi, həm də sosial baxımdan diqqətlə izlənilir.

Bəs yaxın dövrdə Azərbaycanın quru sərhədlərinin mərhələli formada açılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, dəmir yolu əlaqələrinin bərpası regionda kommunikasiya xətlərinin normallaşmasına dair mühüm siqnal sayıla bilər.

Azərbaycan2 milyard dollar gəlir - Medianews.az" />

“Hazırkı geosiyasi vəziyyət göstərir ki, hökumət sərhədlərin tam və sərbəst açılışından daha çox, idarəolunan və mərhələli keçid modelinə üstünlük verir. Regional təhlükəsizlik riskləri, qeyri-sabit beynəlxalq mühit və sərhəd təhlükəsizliyi ilə bağlı məsələlər qərarvermə prosesində əsas amillər olaraq qalır. Bu səbəbdən mümkün açılış modelinin bir neçə mərhələdən ibarət olacağı ehtimal edilir”.

Onun fikrincə, ilkin mərhələdə beynəlxalq dəmir yolu və avtobus daşımalarının genişləndirilməsi, bəzi sərhəd-keçid məntəqələrinin məhdud rejimdə fəaliyyətə başlaması, həmçinin elektron qeydiyyat və nəzarət mexanizmlərinin tətbiqi mümkündür.

“Quru sərhədlərinin uzun müddət bağlı qalması iqtisadi aktivliyə də təsirsiz ötüşmür. Belə ki, regionlararası ticarət dövriyyəsinin azalması, turizm sektorunun məhdudlaşması və xidmət sahəsində daralma xüsusilə sərhədyanı bizneslər, logistika və kiçik sahibkarlıq üçün əlavə çətinliklər yaradır.

Beynəlxalq təcrübədə də post-böhran dövründə sərhədlərin mərhələli şəkildə açılması modelinə tez-tez rast gəlinir və Azərbaycanın da oxşar yanaşma seçəcəyi ehtimal olunur.

Hazırda əsas məsələ sərhədlərin açılıb-açılmamasından daha çox, bunun hansı model və təhlükəsizlik mexanizmləri çərçivəsində həyata keçiriləcəyidir. Mövcud dinamika isə yaxın perspektivdə tam sərbəst keçid rejimindən daha çox, kontrollu və mərhələli açılış ssenarisinin daha real olduğunu göstərir”.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
3
2
konkret.az

3Sources