EN

“Rusiya ilə münasibətlərdə kəskin addım atmayacağıq” Paşinyan

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə qarşıdurmadan uzaq duracaqlarını bildirib.

Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə seçki kampaniyası çərçivəsində seçicilərlə görüşündə danışıb.

O qeyd edib ki, Rusiya Prezidenti ilə dost münasibətləri var və 2018-ci ildən bu yana tərəflər arasında təxminən 200 telefon danışığı baş tutub.

Paşinyanın sözlərinə görə, Ermənistan Rusiyanın maraqlarına zərər verəcək heç bir addım atmayıb və atmayacaq.

“Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır. Biz öz maraqlarımızı da Rusiyanın maraqlarından aşağı qoya bilmərik. Bu, qanuni mövqedir. Amma Rusiya ilə qarşıdurmaya getməyəcəyik və ən yüksək səviyyədə dialoq davam edəcək”, - deyə o bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan Moskva ilə münasibətlərdə balanslı siyasət yürütməyə çalışır.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
redaktor.az

2Sources