EN

Vahid Hacıyev: Zəngilanda 50 meqavat gücündə su eıektrik stansiyaları qurulub

BAKI, 20 may. TELEQRAF

Zəngilanda artıq 50 meqavat gücündə su elektrik stansiyaları qurulub. Bölgədəki bütün evlərin və binaların damları günəş panelləri ilə təchiz olunub.

Teleqraf xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində keçirilən “Şəhər Dəyər Zənciri Fəaliyyətdə: Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələrinin Təqdim Edilməsi” mövzusunda tədbirdəki çıxışında bildirib.

O qeyd edib ki, günəş enerjisi bu regionda Azərbaycanın digər bölgələrinə nisbətən daha yüksək potensiala malikdir:

“Bu da regiona böyük investisiya axınını cəlb edir. Məhz buna görə bu gün BP kimi xarici şirkətlər Cəbrayılda 240 meqavatlıq enerji layihəsinə investisiya yatirmaq qərarı verib. Eyni zamanda daha iki şirkət 50 və 100 meqavatlıq elektrik stansiyalarına investisiya yatırır”.

Chosen
36
1
teleqraf.com

2Sources