EN

Bu gün Avropa Liqasının qalibi məlum olacaq

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları bu gün Avropanın ikinci ən böyük klub yarışı olan Avropa Liqasının finalında qarşılaşacaqlar.

Yeniavaz.com xəbər verir ki, qarşılaşma İstanbuldakı “Beşiktaş Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı Fransadan olan baş hakim Fransua Leteksye idarə edəcək.

Komandaların finala gedən yolları oxşar olub. “Aston Villa” əsas mərhələdə ikinci yeri tutaraq, birbaşa 1/8 finala yüksəlib. Pley-offda İngiltərə komandası Fransanın “Lill” (1-0, 2-0), İtaliyanın “Bolonya” (3-1, 4-0) və İngiltərənin “Nottinqem Forest” komandalarına (0-1, 4-0) qalib gəlib. “Frayburq” da əsas mərhələdə yeddinci yeri tutaraq, birbaşa 1/8 finala yüksəlib. Almaniya komandası daha sonra Belçikanın “Genk” (0-1, 5-1), İspaniyanın “Selta Viqo” (3-0, 3-1) və Portuqaliyanın “Braqas” komandalarını (1-2, 3-1) məğlub edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin “Tottenhem” klubu olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
yeniavaz.com

3Sources