EN

Konte qərarını verdi – Ayrılacaq

“Napoli”nin baş məşqçisi Antonio Konte mövsümün sonunda vəzifəsindən ayrılacaq.

Msport.az xəbər verir ki, A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış “Napoli” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Neapol təmsilçisi çempionluq şansını itirsə də, UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib. 56 yaşlı mütəxəssis 2024-cü ildən “Napoli”ni çalışdırır. Onun rəhbərliyi altında komanda İtaliya çempionu olub və Ölkə Superkubokunu qazanıb.

Antonio Konte daha əvvəl “Yuventus”la üç dəfə A Seriyasının qalibi olub. O, həmçinin “İnter”i bir dəfə ölkə çempionluğuna daşıyıb. İtaliyalı baş məşqçi İngiltərənin “Çelsi” klubu ilə Premyer Liqa və İngiltərə Kubokunun qalibi adını qazanıb.

Chosen
21
8
msport.az

9Sources