EN

Bu ölkədə müğənnini diri-diri YANDIRDILAR

Ajans.az xəbər verir ki, hadisə şifahi mübahisədən sonra baş verib və hücum edən şəxslər müğənninin üzərinə benzin tökərək onu yandırıblar. Zərərçəkən ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada həyatını itirib. Mənbələrin bildirdiyinə görə, hücum müğənninin Keniya Prezidenti Uilyam Rutoya açıq dəstəyi və onun şəkli olan döymə ilə bağlı olub. Hadisədən bir neçə saat əvvəl daxili işlər naziri Kipçumba Murkomen xəstəxanada müğənnini ziyarət edib və cinayəti “iyrənc və dözümsüz akt” adlandıraraq günahkarların cəzalandırılacağını bildirib.

Nazir həmçinin qeyd edib ki, “heç kim siyasi baxışlarına görə zorakılığa məruz qalmamalıdır” və istintaq orqanlarının məsul şəxsləri ədalət qarşısına çıxarmaq üçün çalışdığını vurğulayıb.

Chosen
18
Ajans.az

1Sources