EN

Hikmət Babaoğlu: Azərbaycan xarici riskləri minimuma endirən model formalaşdırıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Regional müharibələri biz nə qədər regional müharibələr kimi xarakterizə etsək də, onun təsirləri qlobaldır. İstər Şərqi Avropada baş verən, istər Yaxın Şərqdə baş verən müharibələr dünyanın bütün ölkələrinə bu və ya digər formada təsir göstərir. Şübhəsiz ki, Cənubi Qafqaz regionu da məhz Şərqi Avropa və Yaxın Şərq arasında yerləşən bir coğrafiyadır. Demək, bu və ya digər şəkildə mütləq Azərbaycana da təsir göstərir, bütövlükdə regionumuza da təsir göstərir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb.

O qeyd edib ki, ancaq bunun ən optimal formada təsirlərinin azaldılmasının modelini Azərbaycan yarada bilib. Bu, Azərbaycanın illər öncə aldığı siyasi qərarlarla bağlıdır.

“Hələ 2000-ci illərin ortalarından başlayaraq Azərbaycan Prezidenti özü özünə yetən Azərbaycan modeli yaratmağa çalışırdı və buna da nail olunubdur. Ona görə də, bax, bu gün dünyada nə baş verirsə versin, Azərbaycana dolayı təsirləri olsa da, ancaq birbaşa təsir etmir və bizim nə iqtisadi münasibətlərimizi, nə valyuta ehtiyatlarımızı, nə ərzaq və təhlükəsizlik məsələlərimizi təhdid edə bilmir. Ona görə də Azərbaycan Prezidenti verdiyi müsahibəsində məhz bu məsələlərə toxundu”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin artması strateji valyuta ehtiyatlarını artıra bilər, lakin digər sahələrdə bu, dünya bazarında əks effekt yaratdığına görə zərər də formalaşdıra bilər.

Deputatın fikrincə, Azərbaycanın yaratdığı yeni təhlükəsizlik və özünə yetərlik modeli unikal bir modeldir. Bu model Azərbaycandan kənarda baş verən hadisələrin təsirini ya zərərsizləşdirir, ya da minimuma endirir.

O bildirib ki, bu tendensiya uzunmüddətli perspektivdə də davam edəcək, çünki Azərbaycanda qurulan təhlükəsizlik və təminat sistemi davamlı və bərpa olunandır.

Hikmət Babaoğlu hesab edir ki, bu da kifayət etmir, çünki Azərbaycan daima daha da güclənməyi və regional təhlükəsizliyin təminatçısı kimi çıxış etməyi bacarır. Bu isə yeni məqsədlər və yeni vəzifələr müəyyənləşdirir.

“Uzunmüddətli perspektivə hesablanan bu addımlar münaqişələrin müddətindən asılı olmayaraq Azərbaycanın təhlükəsizlik və, demək, iqtisadi həyatına o qədər də ciddi təsir göstərməyəcək”, – deyə Hikmət Babaoğlu bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
bizimyol.info

1Sources