EN

Katerina Bezqaçina: Yüksək səviyyəli dialoqlarda qlobal mənzil böhranı müzakirə edildi

BAKI, 20 may. TELEQRAF

Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyası ilk üç gün ərzində 174 ölkədən 30.000-ə qədər iştirakçını bir araya gətirib.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) kommunikasiya direktoru Katerina Bezqaçina WUF13 çərçivəsində keçirilən "Gündəlik mətbuat brifinqi" tədbirində deyib.

O bildirib ki, bu, həqiqətən də Birləşmiş Millətlər Təşkilatı tərəfindən davamlı şəhər inkişafı mövzusunda çağırılan ən böyük Forumdur.

"Dünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasının üçüncü günündə müzakirələr artan qlobal mənzil böhranına yönəldi. Yüksək səviyyəli dialoqlarda qlobal mənzil böhranı və mənzilin iqtisadi və sosial gücü müzakirə edildi", - o vurğulayıb.

Chosen
9
teleqraf.com

1Sources