EN

Giorgia Rambelli: Şəhərlər iqlim hədəfləri üçün mənzil və urban transformasiyanı sürətləndirməlidir

BAKI, 20 may. TELEQRAF

“2050-ci ilə qədər nəzərdə tutulan mənzil planlaşdırmasının böyük hissəsi hələ tikilməyib. Dünyanın müxtəlif şəhərləri artıq bu çağırışın həlli istiqamətində fəal şəkildə çalışırlar. Eyni zamanda urbanizasiya mənzilə tələbatı artırır. Təəssüf ki, bir çox hallarda hesabatlılıq, bərabərlik və iqlim həssaslığı kimi məsələlər getdikcə daha ciddi problemə çevrilir”.

Teleqraf xəbər verir ki, bunu Giorgia Rambelli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “İqlim və Enerji üzrə Bələdiyyə Başçılarının Qlobal Razılaşması” adlı panel sessiyada deyib.

O vurğulayıb ki, dünyanın müxtəlif yerlərindəki icmalar artıq “İqlim və Enerji üzrə Bələdiyyə Başçılarının Qlobal Razılaşması”na qoşulub və emissiyaların ciddi şəkildə azaldılması, eləcə də iddialı iqlim uyğunlaşması strategiyalarının həyata keçirilməsi öhdəliyini götürüblər:

“Bütün bu planlarda tikili mühit və mənzil tədbirləri əsas və prioritet istiqamətlərdən biridir. Dünyada getdikcə daha çox şəhər uzunmüddətli perspektivdə xalis sıfır emissiyaya nail olmaq hədəfi müəyyən etməklə öhdəliklərini daha da gücləndirir. Bu şəhərlərdən 52 ölkəni təmsil edən 145 şəhər “Urban Transition Mission” təşəbbüsünə qoşularaq urban transformasiyanın həyata keçirilməsi üçün hökumətin bütün səviyyələrində qərarvericilərin sistemli tədbirlərə üstünlük verməsi istiqamətində bizimlə əməkdaşlıq edir”.

Chosen
17
teleqraf.com

1Sources