EN

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 41% dən çox artıb

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 2026-cı ilin yanvar-aprel aylarında 385 milyon 527 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 112 milyon 624 min dollar və ya 41,3% çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstana 340 milyon 257 min dollarlıq məhsul ixrac edib. Bu da illik müqayisədə 105 milyon 347 min dollar və ya 44,8% çoxdur. Gürcüstandan ixrac isə 45 milyon 270 min dollara bərabər olub.

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 272 milyon 903 min dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
banco.az

2Sources