EN

Giorgia Rombelli: Mənzil və tikinti sektorları iqlim problemlərinin mərkəzində dayanır

Tikinti sektoru qlobal CO2 emissiyalarının təxminən 37 faizinə, enerji istehlakının isə 28 faizinə cavabdehdir.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Şəhər–sənaye-iqlim əlaqəsində mənzil və binalarda karbon emissiyalarının azaldılması” adlı tədbirində "Urban Transition Mission" təşkilatının direktoru Giorgia Rombelli deyib.

O qeyd edib ki, mənzil sektoru və tikinti sektoru həm şəhər iqlim problemlərinin, həm də qlobal inkişaf gündəliyinin mərkəzində dayanır. Onun sözlərinə görə, bina və tikinti sektoru qlobal CO2 emissiyalarının təxminən 37 faizinə, enerji istehlakının isə 28 faizinə cavabdehdir.

Giorgia Rombelli vurğulayıb ki, bu sektor eyni zamanda dünyada material hasilatının təxminən 50 faizini təşkil edir və planetdə ən böyük material izinə malik sənaye sahəsidir.

O bildirib ki, dünya üzrə 14 min icma artıq İqlim və Enerji üzrə Qlobal Merlər Razılaşmasına qoşulub və emissiyaların azaldılması, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma strategiyalarının həyata keçirilməsi istiqamətində öhdəlik götürüb.

Direktor əlavə edib ki, 52 ölkədən 145 şəhər Urban Transition Mission təşəbbüsünə qoşularaq uzunmüddətli perspektivdə xalis sıfır emissiya hədəflərinə nail olmaq üçün sistemli şəhər transformasiyalarını dəstəkləyir.

Chosen
13
apa.az

1Sources