EN

Çində dəhşətli təbiət hadisəsi: Ölənlər var

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çində təsirli olan güclü yağışlar və daşqınlar nəticəsində 22 nəfər həyatını itirib.

Çin mətbuatında yer alan xəbərlərə görə, şiddətli yağışlar ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin cənubundakı Hunan əyalətində baş verən daşqınlarda 5 nəfər ölüb, 11 nəfər itkin düşüb.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 19 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Guizhou əyalətində isə güclü yağışlar səbəbindən bəzi yollar və binalar su altında qalıb. Bölgədə 3 min 700-dən çox insan təxliyə olunub.Baş verən daşqınlarda 4 nəfər həyatını itirib, 5 nəfər isə itkin düşüb.

Hubei əyalətində də güclü yağışların yaratdığı daşqınlar nəticəsində 3 nəfər ölüb, 4 nəfər itkin düşüb.Digər tərəfdən, Çinin cənubundakı Guangxi Cuanq Muxtar Bölgəsində mayın 17-də mikroavtobusun sel sularına düşərək çaya sürüklənməsi nəticəsində 10 nəfər həyatını itirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
cebheinfo.az

2Sources