EN

WUF13 çərçivəsində "Yaradan" sənədli filmi təqdim edilib

BAKI, 20 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş "Yaradan" adlı sənədli filmi təqdim edilib.

Film barədə Teleqraf-a açıqlamasında Azərbaycan Jurnalistlər Şəbəkəsinin İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib ki, sənədli filmdə Ümumdünya Şəhərsalma Forumununun prioritetləri olan insanların dayanqlı yaşayışının təmin edilməsi, yeni şəhərsalma fəlsəfəsi və “Ağıllı şəhər” konsepsiyasının qurulması kimi əsas mövzular öz əksini tapıb:

"Film Vətən müharibəsinin 5 illiyinə həsr olunub, 2025-ci ildə istehsal edilib. Burada əsas məqsədimiz ekran əsərində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də bu bölgələrə "Böyük Qayıdış" prosesinin nəticəsi real təsvir etmək idi. Biz görülən işləri, işğaldan azad olunmuş ərazilərə köçən insanların hekayələri əsasında sadə dillə onların təəssüratlarını təqdim etmişik".

O, filmin çəkilişlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparıldığını qeyd edib.

Chosen
11
2
teleqraf.com

3Sources