EN

WUF13-ün iştirakçısı: Bakıda şəhərsalma işləri yüksək səviyyədə görülüb

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mühüm platformadır. Bu qəbildən olan tədbirlər dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya gətirir və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.

Bu barədə AZƏRTAC-a Bakıda keçirilən WUF13 tədbirində iştirak edən “UDP International” şirkətinin baş direktoru və Dayanıqlı Şəhərsalma İnstitutunun təsisçi direktoru Sujata Qovada bildirib.

O bildirib: “Bu, mənim Bakıya ilk səfərimdir. Şəhərin inkişafı məndə xoş təəssürat yaratdı. Burada görülən işlər yüksək səviyyədədir. Düşünürəm ki, insanlar öz təcrübələrini bölüşdükcə, digər ölkələr də bundan öyrənə biləcəklər. Bu, dayanıqlı şəhərlərin gələcəyi üçün çox vacibdir”.

Müxbir – Tamilla Məmmədova

Chosen
24
azertag.az

1Sources