Rusiya Prezidenti Vladimir Putin ölkədə Çin dilinə marağın sürətlə artdığını bildirib.
Redaktor.az xəbər verir ki, Putin bu barədə Rusiya–Çin Təhsil Əməkdaşlığı İllərinin açılış mərasimində çıxışı zamanı danışıb. Mərasimdə Çin Xalq Respublikasının sədri Si Cinpin də iştirak edib.
Rusiya liderinin sözlərinə görə, hazırda Rusiyada 100 mindən çox vətəndaş Çin dilini öyrənir, daha 20 min nəfər isə Çində müxtəlif təhsil proqramları vasitəsilə bu dili mənimsəyir.
“Çin dilini öyrənən Rusiya vətəndaşlarının sayı ildən-ilə artır; hazırda bu rəqəm 100 mini keçib. Daha 20 min rusiyalı Çin Xalq Respublikasında təhsil proqramları vasitəsilə bu dili öyrənir”, - deyə Putin bildirib.
Aminə ŞAHSUVARQIZI