EN

WUF13 də Mərakeşin Şəhər Yenilənməsi və Təhlükəli Tikililər üzrə Agentliyi təqdimatla çıxış edib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 may, AZƏRTAC

WUF13 çərçivəsində Mərakeşin Şəhər Yenilənməsi və Təhlükəli Tikililər üzrə Agentliyi tərəfindən şəhər regenerasiyası və yaşayış mühitinin yaxşılaşdırılmasına həsr olunan panel təşkil edilib.

AZƏRTAC-a açıqlamasında Mərakeşin Şəhər Yenilənməsi Agentliyinin şəhər yenilənməsi departamentinin rəhbəri, memar və şəhərsalma mütəxəssisi Sara Arbaoui bildirib ki, panel çərçivəsində şəhər planlaşdırılmasında Coğrafi İnformasiya Sistemlərinin (GIS) tətbiqinə dair təqdimat keçirilib. Daha sonra isə urbanizasiya və yaşayış mühiti ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbirdə Aralıq dənizi İttifaqının (Union for the Mediterranean – UfM), Səudiyyə Ərəbistanının Ərəb İnkişaf İnstitutunun, eləcə də BMT-nin Keniya nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Sara Arbaoui qeyd edib ki, müzakirələr əsasən köhnə şəhər əraziləri və dəyərini itirmiş məhəllələrdə həyata keçirilən müdaxilələrə həsr olunub. “Biz artıq yalnız fiziki yenilənmədən danışmırıq. Məqsəd daha geniş və inteqrasiya olunmuş yanaşmadır. Buraya tikinti işləri ilə yanaşı, yaşıl məkanların yaradılması, xidmətlərin genişləndirilməsi və insanların daha dayanıqlı, daha humanist mühitdə yaşamasını təmin edən bütün infrastruktur daxildir”, – deyə Sara Arbaoui vurğulayıb.

Müxbir - Pərvanə Qafarova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
azertag.az

2Sources