ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində şəhər tarixi üzrə tanınmış ekspert Fuad Axundov iştirakçılar üçün İçərişəhərin mədəni irsinə həsr olunmuş tematik sessiya keçirib.
AZƏRTAC xəbər verir ki, ekspert iştirakçılara az məlum olan faktlar, Köhnə şəhərin memarlıq xüsusiyyətləri və tarixi təbəqələri haqqında ətraflı məlumat verib. Onun təqdimatı qonaqların böyük marağına səbəb olub.
Qeyri-rəsmi mühazirənin sonunda iştirakçılar onun təqdimatının Bakının tarixi irsi ilə müasir şəhərsalma arasındakı əlaqəyə yeni perspektiv təqdim etdiyini bildiriblər.
Müxbir – Vüqar Seyidov


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.