EN

Sübut olundu, o, FTX-nin agentidir - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşı olduğunu iddia edib.

Aktual.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onun sözlərinə görə, beynəlxalq media Samvel Karapetyanın Rusiya Federal Təhlükəsizlik Xidməti ilə əlaqələrini təsdiqləyən təkzibedilməz faktlar dərc edib:

"Samvel Karapetyan jurnalistlərin suallarına cavab verərkən bu iddiaları təkzib etməyib və yayımlanan məlumatlarla bağlı məhkəməyə müraciət edəcəyini də açıqlamayıb. Hətta həvari Pyotr üç dəfə İsa Məsihdən imtina edib, amma oliqarx öz doğma xüsusi xidmət orqanından bir dəfə də imtina etməyib”.

Chosen
4
1
ulusum.az

2Sources