EN

Serbiyada binalar üçün “enerji pasportu” sistemi tətbiq olunur

Serbiyada yaşayış binalarının idarə olunması və saxlanılması ictimai maraq məsələsi kimi dövlət nəzarətində həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə Serbiya Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mənzil Təsərrüfatı Departamentinin rəhbəri Sonya Qoluboviç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

O qeyd edib ki, bina sakinləri yaşayış sahələrinin idarə olunması ilə bağlı qərarları müstəqil şəkildə qəbul edirlər:

“Lakin təhlükəsizlik və texniki vəziyyətlə bağlı risk yarandıqda yerli özünüidarəetmə orqanları müdaxilə edir”.

Sonya Qoluboviç vurğulayıb ki, Serbiyada bütün binalar üçün enerji sertifikatı və “enerji pasportu” sistemi tətbiq olunur.

Chosen
15
teleqraf.com

1Sources